"Report" xəbər verir ki, hadisə Dənizkənarı Bulvarda qeydə alınıb.
Belə ki, adı və soyadı hələki bilinməyən təxminən 21 yaşlı gənc özünü dənizə atıb.
Hadisə şahidlərinin sözlərinə görə, onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları tərəfindən sahilə çıxarılıb.
Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !