• $ 1.7
  • € 1.9873
  • ₽ 0.021736
  • ₺ 0.0421
  • £ 2.2912

Bakı Dövlət Universitetinin professoru vəfat etdi

Bakı Dövlət Universitetinin professoru vəfat etdi
11.11.2015 09:57
Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib.
 
"Report" xəbər verir ki, universitetin "Neft kimyası və kimya texnologiyası" kafedrasının müəllimi, professor Meyvəddin Hacıyev dünyasını dəyişib.

O, 76 yaşında vəfat edib.  

Qeyd edək ki, Meyvəddin Mahmud oğlu Hacıyev 1939-cu ilin mart ayında Qusar rayonunun Hil kəndində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin(indiki BDU) kimya fakültəsini bitirib. 1960-ci ildən Azərbaycan Elmlər Akademiyası Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunda laborant, baş laborant, baş texnik və mühəndis vəzifələrində işləyib. 1967-ci ildən indiyə kimi Bakı Dövlət Universitetinin "Neft kimyası və kimya texnologiyası" kafedrasında laborantdan professor vəzifəsinə qədər yüksəlib.

Prof. M.Hacıyevin elmi və pedaqoji fəalliyəti 2 monoqrafiya, 5 dərslik və dərs vəsaitində, 120-dən çox elmi əsərdə, o cümlədən 20 müəlliflik şəhadətnaməsi və patentlərdə özünü əks etdirir. Onun əsərləri MDB ölkələrində, Rusiya, Macarıstan, Türkiyə, Çexiya və digər xarici ölkələrdə çap edilib.

M.M.Hacıyev Bakı Dövlət Universitetində 48 il fəaliyyət göstərib. Bu müddət ərzində o fakültə xalq nəzarəti qrupunun sədri, partiya bürosunun üzvü, fakültə həmkarlar təşkilatının sədri, dekan müavini və dekan vəzifələrində işləyib. Universitetin ictimai və tədris işlərində səmərəli fəaliyyətinə görə rəhbərlik tərəfindən dəfələrlə mükafatlandırılıb.
www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
12:32
Bundan sonra onu yuxularımda gözləyəcəm... - Qətlə yetirilmiş Rasim Əliyevin sevgilisi
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
12:18
Dövlət Komitəsi məcburi köçkünlərə xəbərdarlıq etdi
İlk növbədə  bu dərmanların vahid qiyməti müəyyən ediləcək
12:17
İlk növbədə bu dərmanların vahid qiyməti müəyyən ediləcək
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
11:57
Azərbaycanda növbəti buraxılış imtahanları keçirilir
Nərgiz Yaqublu vəfat etdi
11:51
Nərgiz Yaqublu vəfat etdi
Zakir Qaralovdan yeni təyinatlar
Qaynari.nfo 11:48
Zakir Qaralovdan yeni təyinatlar
11:43
"Bütün şadlıq sarayları bu qaydalara əməl etməlidir"
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
11:40
Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
Zakir Qaralov yeni prokuror təyin etdi
11:33
Zakir Qaralov yeni prokuror təyin etdi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol