Bakı Metropoliteninin ərazisində ölüm hadisəsi baş verib.
"Report" bildirir ki, hadisə metronun "Koroğlu" stansiyasının Nizami rayonu ərazisində yerləşən hissəsində qeydə alınıb.
Metrodan çıxan orta yaşlı kişi çıxışda pilləkənləri qalxarkən halı qəfil pisləşib və o, yıxılaraq dünyasını dəyişib.
Ətrafdakı insanlar hadisə yerinə "təcili yardım" maşını çağırıblar. Xidmətin həkimləri ilkin rəy kimi onun ürək tutmasından öldüyünü bildiriblər.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !