Bakı metrosunda sərnişin xlor dağıdıb

"Bakı Metropoliteni" QSC-nin "Gənclik" stansiyasının vestibülündə bir sərnişinin əlindən içində xlor maddəsi olan şüşə balon düşüb. Bu barədə qurumdan bildirilib.
Məlumata görə, hadisə nəticəsində maye buxarlanması olub. Dərhal müvafiq tədbirlər görülüb, balonun düşdüyü yer təmizlənib. Sərnişinlərin təhlükəsizliyinə xələl gəlməsinə imkan verilməyib.
www.anews.az
www.anews.az