UEFA Avropa Liqası çərçivəsində "Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar "Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə "Bakı Metropoliteni” QSC məlumat verib.
Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən "Gənclik” metro stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.
"Kütləvi tədbirlərlə bağlı metropolitenin iş planına uyğun olaraq, "Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək", - məlumatda bildirilib.
Ehtiyat tədbirləri həmçinin "28 May” və "Nərimanov” stansiyalarında da tətbiq olunacaq.
Gün ərzində Bakı Metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminə uyğun olaraq hərəkət edəcək.
Qurumun məlumatına görə, zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq.
Aytac Zeynalova
www.anews.az