• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

Bakı metrosunun iş rejiminə dəyişiklik ediləcək

Bakı metrosunun  iş rejiminə dəyişiklik ediləcək
03.10.2024 15:20

UEFA Avropa Liqası çərçivəsində "Qarabağ” futbol klubunun oyunu ilə əlaqədar "Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək. Bu barədə  "Bakı Metropoliteni” QSC məlumat verib.


Oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunun yaxınlığında yerləşən "Gənclik” metro stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək.


"Kütləvi tədbirlərlə bağlı metropolitenin iş planına uyğun olaraq, "Gənclik” stansiyasında nəzarət mexanizmləri gücləndiriləcək və növbətçilik cədvəli tərtib ediləcək",  -  məlumatda bildirilib. 


Ehtiyat tədbirləri həmçinin "28 May” və "Nərimanov” stansiyalarında da tətbiq olunacaq. 


Gün ərzində Bakı Metropoliteninin bütün stansiyalarında qatarlar payız-qış iş rejiminə uyğun olaraq hərəkət edəcək.


Qurumun məlumatına görə, zərurət yarandığı halda ehtiyat qatarlar xəttə buraxılacaq.

 

Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol