Ətrafda şübhəli əşya gördükdə, qətiyyən ona yanaşmaq, toxunmaq olmaz. Birmənalı olaraq bu barədə dərhal hüquq-mühafizə orqanlarına müraciət etmək lazımdır.
Bunu Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev Araz FM radiosunda çıxışı zamanı deyib.
"Bu hər birimizin təhlükəsizliyinin təmin edilməsi üçün önəmli məsələlərdən biridir. Hər kəs mövcud vəziyyətlə əlaqədar daha həssas olmalı və qaydalara riayət etməlidir. Cəmiyyət olaraq üzərimizə düşən məsuliyyəti anlamalıyıq. Hərbi vəziyyət rejimi ilə əlaqədar komendant postlarında yoxlama zamanı müvafiq sənədlər polis əməkdaşlarına təqdim olunmalıdır. Hərəkətinə icazə verilməyən şəxslər hərəkətdən kənarlaşdırılır və onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülür. Bu ümumilli məsələdir. Qarabağ Azərbaycandır.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !