• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakı Qarabağda təhlükəsizliyi təkbaşına təmin edəcək - KTMT-nın baş katibi

Bakı Qarabağda təhlükəsizliyi təkbaşına təmin edəcək - KTMT-nın baş katibi
22.04.2024 12:56
Rusiya sülhməramlıları olmadan da Bakının Qarabağda öz təhlükəsiziyini təmin etmək üçün qüvvələri var. Bunu  Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi İmanqali Tasmaqambetov deyib. 

"Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var. Rusiya sülhməramlılarının Qarabağda olmasına gəlincə: hazırda bu, təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik olan Azərbaycan Respublikasının ərazisidir və mən hesab edirəm ki, bu məsələ birtərəfli qaydada həll olunmur region böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - o, Rusiya sülhməramlı kontingentinin Qarabağdan çıxarılmasını şərh edərkən qeyd edib.
 
Aprelin 17-də Azərbaycan və  Rusiya rəhbərliyi arasında Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhmərmalılarının vaxtından əvvəl bölgədən çıxarılması barəsində qərar qəbul olunub. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərtaca verdiyi açıqlamasında bildirib ki, artıq sülhməramlıların çıxarılması prosesinə başlanılıb və hər iki ölkənin Müdafiə Nazirləri bu istiqamətdə müvafiq tədbirlər görür. 

Rusiya Prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov da Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması barədə bəyanat verib.  

Rusiya sülhməramlıları Azərbaycan ərazisində 2020-ci ilin noyabrında  beş il müddətinə yerləşdirilib. 
 
Gülnar Nazimqızı 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Özbəkistanda zəlzələ olub
Dünya 22:40
Özbəkistanda zəlzələ olub
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Dünya 22:04
Tailand ABŞ-a yenilənmiş ticarət sazişi təklif edəcək
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
Dünya 21:35
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Dünya 20:20
ABŞ-nin bu ştatında fövqəladə vəziyyət elan edilib
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Dünya 18:45
Türkiyə ordusunun 5 əsgəri şəhid olub
Estoniyada helikopter dənizə düşüb
Dünya 17:16
Estoniyada helikopter dənizə düşüb
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Dünya 16:12
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırıb
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Dünya 15:00
Moskva və Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Dünya 12:54
Husilər "Ben Qurion" hava limanına hücum ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol