Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj

19:28 | 01.05.2024
Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj

Vətəndaşlar əmək hüquqlarını müdafiə etməyi bacarırmı? - Videoreportaj

Mayın 1-i Beynəlxalq Əmək Günüdür.  Bu günün qeyd edilməsi  ilə bağlı 1889-cu ilin iyulunda ilk dəfə II İnternasionalın Paris Konqresində  qərar verilib. 

Adının anonim qalmasını istəyən şəxs əmək hüquqlarının pozulmasından şikayətçidir. 

O bildirir ki, gün ərzində 9 saatdan çox işləyir lakin buna baxmayaraq maaşı çox azdır.

Vətəndaşların əmək hüquqlarının müdafiə liqasının rəhbəri vəkil Sahib Məmmədov bildirib ki, bütün sahələrdə insanların əmək hüququnun pozuntusuna rast gəlmək olar. 

Onun sözlərinə görə, əmək qanunvericiliyinin yenidən işlənməsinə ehtiyac var.
 
2023-cü ildə Dövlət Əmək Müfəttişliyi tərəfindən əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verilmiş 107 nəfəri öz əvvəlki işinə bərpa edilib, bu işçilərin barəsində yol verilmiş qanun poztuları aradan qaldırılıb. Eyni zamanda işçilərin əmək hüquqlarının bərpası ilə əlaqədar 950 işəgötürənə icrası məcburi olan göstəriş verilib.

Hesabat dövründə Dövlət Əmək Müfəttişliyində Xidmətin vəzifəli və rəhbər şəxsləri tərəfindən 8 578 vətəndaş qəbul edilib.
 
Ətraflı videomaterialı təqdim edirik:

 
Aygün 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti