Rayonlardan paytaxta gələn sürücülər Bakı dairəvi yolundan şəhər mərkəzinə daha tez çata biləcəklər.
Xezerxeber.az bildirir ki, bu, Dairəvi yolu Abbas Mirzə Şərifzadə küçəsi ilə birləşdirəcək yeni yolun çəkilməsindən sonra mümkün olacaq. Yeni yol həm də "Mənzil İnşaatı Dövlət Agentliyi"nin ərazisindən keçəcək.
Hazırlıq mərhələsində olan layihə yaxın vaxtlarda tamamlanaraq aidiyyəti qurumlara göndəriləcək.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !