Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə daha bir marşrut əlavə edilir

18:11 | 16.09.2015
Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə daha bir marşrut əlavə edilir

Bakı-Sumqayıt elektrik qatarının hərəkət cədvəlinə daha bir marşrut əlavə edilir

Qərar sərnişin sıxlığı nəzərə alınaraq verilib

Sentyabr ayının 17-dən etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəli qüvvəyə minib.
 
"Azərbaycan Dəmir Yolları” QSC Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun "APA-Economics”ə verdiyi məlumata görə, sərnişin sıxlığını nəzərə alaraq, sabahdan etibarən Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlinə bir marşrut əlavə edilir.
 
Əlavə olunan elektrik qatarı saat 07:50-də Bakı sərnişin stansiyasından, saat 09:00-da Sumqayıt sərnişin stansiyasından yola düşəcək.
 
Beləliklə, Bakı-Sumqayıt elektrik qatarları Baki sərnişin stansiyasından saat 05:10, 05:30, 06:50, 07:50, 16: 00, 17:25, 18:25 və 19:25-də, Sumqayıt sərnişin stansiyasından 06:40, 07:10, 07.55, 09: 00, 17:10, 18:30, 19:30 və 20:30-da yola düşür.
 
Sərnişin sıxlığı ilə bağlı Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM