Bakı-Sumqayıt elektrik qatarının sürəti artırılır

15:09 | 23.09.2015
Bakı-Sumqayıt elektrik qatarının sürəti artırılır

Bakı-Sumqayıt elektrik qatarının sürəti artırılır

Dəmir yolunun mühafizə zolağında çəpərləmə işləri aparılır

Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının sürətinin daha da artırılması məqsədilə profilaktik tədbirlər həyata keçirilir. Dəmir yolunun mühafizə zolağında, sərnişinlərin təhlükəsizliyini təmin etmək məqsədilə çəpərləmə işləri aparılır. Bununla əlaqədar elektrik qatarları mənzil başına 48 dəqiqəyə çatır.

"Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat Katibliyindən "Report"a verilən məlumata görə, dünən gediş vaxtı 48 dəqiqə olmaqla Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarları 16 reys (8-i Bakı-sərnişin stansiyasından Sumqayıt-sərnişin stansiyasına, 8-i isə əks istiqamətdə) edib.

Profilaktik tədbirlər başa çatandan sonra elektrik qatarlarının hərəkət cədvəlinə yenidən baxılacaq, yolda olma vaxtı aşağı salınacaq.
Aparılan yenidənqurma işləri ilə əlaqədar müvəqqəti olaraq Biləcəri və Xırdalan stansiyalarında qatarların dayanması nəzərdə tutulmayıb.
Bakı-Sumqayıt marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkət cədvəlində dəyişikliklər olduqca KİV vasitəsilə vətəndaşlara məlumat veriləcək.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM