Bakı-Sumqayıt yolundakı ağır qəzasında yaralanaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən şəxslərin adları məlum olub.
Bu barədə "Report"a xəstənadan bildirilib.
Məlumata əsasən, 10 nəfər yaralıdan 3-ü qadın, digər 7-si isə kişidir: "Yaralıların çoxu hazırda reanimasiya və travmatologiya şöbəsindədir. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur. Digər 3 yaralının kimliyi isə hələlik müəyyən edilməyib. Onlardan 2-si kişi, biri isə qadındır. Yaralılar arasında uşaq yoxdur".
Xəstəxanadan o da qeyd edilib ki, yaralıların əksəriyyəti əməliyyat olunur: "Çoxu ambutasiyalardır. Vəziyyəti çox pis olan yaralılar da var. Hazırda xəstəxananın baş həkimi şöbə müdirləri ilə xəstələrə baxış keçirir".
Qeyd edək ki, hadisə nəticəsində ölənlərdən biri 1987-ci il təvəllüdlü Abdullayev Amindir. Digər ölənin kimliyi isə hələ müəyyən edilməyib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !