PKK terrorçuları Türkiyənin Qars vilayətinin Sarıqamış rayonundan keçən Şahdəniz qazının daşındığı Bakı-Tiflis-Ərzurum (BTƏ) boru xəttini partladıb.
Axar.az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə rayondan 2 kilometr aralıqda baş verib. Partlayış nəticəsində alov 100 metrə qədər yüksəlib. Təhlükəsizlik qüvvələrinin sayıqlığı nəticəsində yanğın yerli vaxtla 23:00-da söndürülüb.
Qars valisi Günay Özdəmir hücumun PKK terrorçuları tərəfindən reallaşdırıldığını bildirib.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !