Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib.
"İndi bizim sülh sazişinin necə olması barədə ümumi anlayışımız var. Bizə sadəcə təfərrüatları işlətmək lazımdır. Bununla belə, əlbəttə ki, hər iki tərəfə vaxt lazımdır. Bakı və İrəvan indi sülh sazişi imzalamağa həmişəkindən daha yaxındır", - Əliyev Bakıda ADA Universitetində keçirilən beynəlxalq konfransda çıxışı zamanı bildirib.
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb.
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib.
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib.
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir.
Gülnar Nazimqızı

www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !