Bakı xanlarının evinin yerində nə tikiləcək? - Açıqlama

14:13 | 12.09.2018
Bakı xanlarının evinin yerində nə tikiləcək? - Açıqlama

Bakı xanlarının evinin yerində nə tikiləcək? - Açıqlama

Bakı xanlarının evinin yaxınlığındakı hamam ərazisində bir neçə il əvvəl xilasedici arxeoloji kəşfiyyat və qazıntı işləri aparılıb.

Bunu AzVision.az-a açıqlamasında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Mədəni irsin tədqiqi sektorunun müdiri Kamil İbrahimov deyib.
O bildirib ki, kəşfiyat işləri Qoruğun Mədəni irsin təbliği sektoru köməyi ilə həyata keçirilib: "Arxeoloji qazıntılarla bağlı Arxeologiya və Etnoqrafiya İnstitutuna müraciət etdik. Başda İdris Əliyev olmaqla əməkdaşlar hamamın təmizlənməsində iştirak ediblər. Arxeoloji qazıntı işləri hər hansı mədəni təbəqəni araşdırmaq və yaxud tapmaq üçün aparılıb. Burada vaxtilə hamam olub. Hamamda postsovet məkanında hərbi qarnozin yerləşib. Hamamın içərisini zibil qatı ilə doldurublar. İndi biz hamamı zibil qatından təmizləyirik. Hazırda orada konversasiya işləri gedir. Buna görə də işlər haqqında mətbuata məlumat verilmir”. 

K.İbrahimovun sözərinə görə, Bakı xanlarının evinin ərazisində gözəl layihənin həyata keçirilməsi planlaşdırılıb: "Bakı xanlarının evinin ərazisi qəzalı tikintilərdən, sökülüb dağılan lazımsız tikililərdən təmizlənir. Orada heç bir tikinti, inşaat işləri aparılmır. Ərazi konvervsasiya olduqdan sonra böyük konsepsiyamız reallaşacaq. Hamamın yaxınlığında və ya yaxud Bakı xanlarının evinin yerində gözəl konsepsiya olacaq”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM