ANS TV-nin məlumatına görə, I Avropa Oyunları zamanı göstərilən nəqliyyat xidmətinin yaxşılaşması, yarana biləcək sıxlığın qarşısının alınması məqsədilə Nəqliyyat Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən bəzi marşurut xətlərinin istiqamətlərində dəyişikliklər etmişdi. Bəzi marşurut xətləri ləğv olunmuş, bəzilərinin istiqamətləri dəyişilmişdi. 82,93 və sair kimi avtobuslar isə tamamilə ləğv olnmuşdu. Amma artıq bu məsələ yenidən Nəqliyyat Nazirliyi tərəfindən gündəmə gəlib.
Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirdi ki, ləğv olunan avtobus xətlərinin bərpası işləri ilə yanaşı bəzi xətlərdə avtobusların sayınını artırılması məsələsi də artıq gündəmdədir. Xəttə əlaqə yeni avtobusların da buraxılması məsələsi müzakirə olunur.
"Ola bilsin ki 10 gün müddətində gecikmələr olsun. Amma qarşıda duran ən mühüm məsələlərdən biri əlavə yeni avtobusların xəttə buraxılmasıdır." - deyə Namiq Həsənov bildirib.
İnsanların rahat və maneəsiz mənzil başına çatmaları üçün oyunlar ərəfəsində paytaxta gətirilən və turistlərə xidmət göstənər ekspress avtobusların xəttə buraxılması da gözlənilir. Həmin avtobusları bundan sonra sərnişinlərin ixtiyarında paytaxt yollarında görmək mümkün olacaq. Bu nəqliyyat vasitələri əvvəlcə şəhərin mərkəzində fəaliyyət göstərəcək.
Namiq Həsənov onu da qeyd etdi ki, daha sonra həmin avtobuslarin kənar ərazilərə buraxilmasi məsələsinə də baxılacaq.
Avtobuslar xəttə buraxıldıqdan sonra marşurutlara kart sisteminin tətbiq olunması da gözlənilir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !