Bakıda VİP qonaqlar üçün pulsuz taksi - VİDEO

13:49 | 06.05.2015
Bakıda VİP qonaqlar üçün pulsuz taksi - VİDEO

Bakıda VİP qonaqlar üçün pulsuz taksi - VİDEO

Avropa Oyunları ərəfəsində VİP qonaqlar üçün pulsuz xüsusi taksi xidməti fəaliyyət göstərəcək.

ANS TV-nin məlumatına görə, "Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsi idman yarışı ərəfəsində pulsuz xidmət göstərəcək taksilərin sayını açıqlayıb.

Əməliyyat Komitəsinin Nəqliyyat Departamentinin əməkdaşı Vüsal Rəcəbli deyir ki, xüsusi 430 yeni taksi VİP qonaqlara pulsuz xidmət göstərəcək. O paytaxat sakinlərinə tövsiyyə etdi ki, I Avropa Oyunları ərəfəsində təşkil edilmiş ekspress avtobuslardan və metrodan istifadə etsinlər. Bu ekspress marşrutlar sakinləri oyunlar keçirilən arenaya pulsuz və rahat şəkildə aparıb- gətirəcək.

Qeyd edək ki, I Avropa Oyunları iyun ayının 12-dən 28-nə kimi davam edəcək. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM