Ötən ay pensiya təyin edilənlərin sayı açıqlanıb - Rəsmi

11:07 | 30.04.2024
Ötən ay pensiya təyin edilənlərin sayı açıqlanıb - Rəsmi

Ötən ay pensiya təyin edilənlərin sayı açıqlanıb - Rəsmi

2024-cü ilin martında 3,6 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb. Bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
 
Penisya təyinatı aparılanların 59,6%-ni kişilər, 40,4%-ni isə qadınlar təşkil edib.
 
Cari ilin ilk iki ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 7,9 min şəxsə əlillik təyin olunub. 
 
Yanvarda pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə ödənilən vəsait 661 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 14,7% və ya 84,6 milyon manat çoxdur. 

2024-cü il üzrə pensiyaların maliyyələşdirilməsi üçün "Dövlət Sosial Müdafiə Fondunun 2024-cü il büdcəsi haqqında" Qanunla 6,5 milyard manat vəsait ayrılıb. 
 
2024-cü il yanvarın 1-dən etibarən Prezidentin sərəncamı ilə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyaları indeksləşdirilərək artırılıb.
 
Aygün
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM