Fazil Qasımovun həbs müddəti uzadılıb

Qubad İbadoğlunun işi ilə bağlı Türkiyədə tutularaq ölkəyə gətirilən azərbaycanlı alim Fazil Qasımov haqda yenidən məhkəməyə müraciət edilib.
"Qafqazinfo”nun məlumatına görə, Nərimanov Rayon Məhkəməsinə daxil olmuş təqdimatda seçilmiş qətimkan tədbiri müddətinin daha bir neçə ay uzadılması istənilib.
Hakim iş üzrə istintaq hərəkətlərinin davam etməsini nəzərə alaraq Fazil Qasımovun həbsdə saxlanılma müddətinin 3 ay uzadılmasına qərar verib.
www.anews.az