Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları artırıb

12:20 | 30.04.2024
Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları artırıb

Sahibkarlığın İnkişafı Fondu qiymətli kağızlara investisiyaları artırıb

2024-cü ilin yanvarın 1-nə qiymətli kağızlarının ümumi dəyəri 89,326 milyon manat təşkil edib.  Bu da ötən ilin yanvarın 1-i ilə müqayisədə 2,7 dəfə çoxdur. Bu barədə  İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF)  məlumat verib.
 
SİF ölkə prezidentinin "Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 7,307 milyon manatdır.
 
2023-cü ildə Sahibkarlığın İnkişafı Fondu (SİF) tərəfindən verilən güzəştli kreditlər hesabına 3000-dən çox yeni iş yeri açılıb. 

Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür. 
 
Hesabat dövründə 290 qadın və 108 gənc sahibkarlara ümumilikdə 23.5 milyon manat kredit verilib.
 
Aytac Zeynalova
 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb