Ötən il İrana gedənlərin 7 %- ni azərbaycanlılar təşkil edib

11:14 | 30.04.2024
Ötən il İrana gedənlərin 7 %- ni azərbaycanlılar təşkil edib

Ötən il İrana gedənlərin 7 %- ni azərbaycanlılar təşkil edib

2023-cü ildə İrana səfər edənlərin 7 faizini azərbaycanlılar təşkil edib. Bu barədə xarici KİV-də məlumat yayılıb.

Ötən il  İranın turizm sənayesində 21 % artım müşahidə edilib ki, bu da koronavirus (COVID-19) pandemiyasından sonra güclü bərpanı göstərir. 
 
Martda Azərbaycana 172 min 577 turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 36 min 72 turist və ya 26% çoxdur.
 
Ölkəyə gələnlərin 32,5%- i Rusiya, 20,3%-İ Asiya, 18,1%-i Türkiyə, 11,2%-i İran,  8,9%-i Avropa, 4,7%-i Gürcüstan, 2,7%-i Yaxın Şərqdəndir.

2023-cü ildə qarşılıqlı turist səfərlərinin sayı 1,5 dəfə artıb. Azərbaycana 475,6 min Rusiya vətəndaşı, 258,6 min Azərbaycan vətəndaşı Rusiyaya səfər edib.

Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM