Vətəndaşlardan götürülən tapança və avtomatların sayı açıqlanıb

10:04 | 30.04.2024
Vətəndaşlardan götürülən tapança və avtomatların sayı açıqlanıb

Vətəndaşlardan götürülən tapança və avtomatların sayı açıqlanıb

Polis əməkdaşları tərəfindən paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 3 avtomat silahı, 5 qumbara, 30 ədəd müxtəlif markalı tüfəng, 5 patron darağı və 729 ədəd müxtəlif çaplı patron təhvil götürüblərBu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
 
Bildirilir ki, digər əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 5 ədəd müxtəlif markalı tüfəng aşkar edilərək götürülüb.

2023-cu ilin 10 ayında 534 ədəd odlu silah vətəndaşlar tərəfindən könüllü olaraq təhvil verilib. 

Ötən ilin noyabrında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev qanunsuz odlu silahların təhvil verilməsi ilə bağlı xalqa çağırış edib. 
 
Vətəndaşlar əmin olsunlar ki, hər bir qanunsuz saxlanılan odlu silah təhlükə mənbəyidir, hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilə bilər.
Cəmiyyətdə böyük məmnuniyyətə səbəb olan bu tədbirlərə dəstək verən hər bir vətəndaşa təşəkkür edirik",-DİN-dən bildirilib.
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb