Ötən il SİF-in mənfəəti 19 % azalıb

11:31 | 30.04.2024
Ötən il SİF-in mənfəəti 19 % azalıb

Ötən il SİF-in mənfəəti 19 % azalıb

2023-cü ildə  İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun mənfəəti 12 milyon 503 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 19% və ya 3 milyon manat azdır. Bu barədə Fondun 2023-cü il üzrə maliyyə hesabatında qeyd olunub.
 
Hesabat dövründə Fondun əməliyyat gəlirləri 20, 779 min manat olub ki, bu da əvvəlki illə müqayisədə 53 % çoxdur. 
 
Ötən il Fondun əməliyyat xərcləri çıxmaqla vergidən əvvəl mənfəəti 15,108 manat, mənfəət vergisi xərci isə 2,605 min manat olub.
 
Hesabat zamanı Fondun cəmi aktivləri cəmi aktivləri 6 % artaraq 1 011 496 min manat, öhdəlikləri 837 min manat və kapitalı 1,010,659 min manat təşkil edib.
 
Fond tərəfindən verilmiş kiçikhəcmli kreditlərin ümumi balans dəyəri 130,447 min manat (25% artım), ortahəcmli kreditlər isə 169,936 min manat (24% artım) olub. 
 
Bununla yanaşı hesabat dövründə Fondun sənaye sektoru üzrə kredit qoyuluşlarının artması nəticəsində kredit portfelinin diversifikasiyası təmin olunub.
 
Belə ki, kredit portfelinin həmin sektor üzrə ümumi balans dəyəri 10% artaraq 307,536 min manata çatıb. Sənaye sektoru üzrə kredit portfelinin ümumi kredit portfelində xüsusi çəkisi 33%-ə yüksəlib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM