Laçın və Zabux kəndinə köç karvanı yola düşüb

08:00 | 30.04.2024
Laçın və Zabux kəndinə köç karvanı yola düşüb

Laçın və Zabux kəndinə köç karvanı yola düşüb

Aprelin 30-da daha 21 ailə -65 nəfər Laçına, 2 ailə - 4 nəfər isə Zabux kəndinə köçürülüb. 
 
Bununla da ümumilikdə isə Laçına 493 ailənin- 1838 nəfər, Zabux kəndinə isə 217 ailəin-823 nəfər köçü həyata keçirilib. 
 
Bundan əvvəl Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq. 
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb. 
 
1992-ci ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilən Laçın 2020-ci il npyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli bəyanata əsasən dekabrın 1-də Azərbaycana qaytarılıb. 
 
Aygün 



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM