• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

Bakıda 2 marşrut xəttinə iritutumlu avtobuslar verildi

Bakıda 2 marşrut xəttinə iritutumlu avtobuslar verildi
29.05.2020 03:53
Bakıda iki marşrut xəttinə yeni avtobuslar verilib.
Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, uzun müddətdir ki, yararsız vəziyyətdə olan 71 və 93 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar təmir olunan və nisbətən iritutumlu nəqliyyat vasitələri ilə əvəz olunub: "Belə ki, hər iki marşrut xətti üzrə istismarda olan avtobusların texniki baxımdan yararsız olması, sərnişin tələbatını ödəməməsi, eləcə də, digər çatışmazlıqlar daim sərnişinlərin haqlı narazılığına səbəb olurdu. Ötən dövrdə bununla əlaqədar, vətəndaşlar tərəfindən 141 Çağrı Mərkəzinə də çoxsaylı müraciətlər daxil olub.
Vətəndaşlara rahat və təhlükəsiz sərnişindaşıma xidmətinin göstərilməsi, eyni zamanda, buna mane olan halların qısa vaxtda aradan qaldırılması ilə bağlı hər iki xətt üzrə daşıyıcıya ciddi xəbərdarlıq edilib. Bildirilib ki, yenilənmə işləri mütləq qaydada davam etdirilməli, sərnişindaşıma fəaliyyətləri Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 saylı qərarı ilə təsdiq olunmuş tələblərə tam uyğunlaşdırılmalıdır

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 23:30
Biləsuvar və Cəlilabadda elektrik enerjisinin verilişində fasilə yaranacaq
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Cəmiyyət 20:52
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Cəmiyyət 17:24
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Cəmiyyət 15:10
Dənizdə batma təhlükəsində olan şəxs xilas edilib - Video
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Cəmiyyət 14:15
Bakıda külək ağacı avtobusun üzərinə aşırıb - Video
Qazaxda minik avtomobili aşıb, ölən var
Cəmiyyət 13:39
Qazaxda minik avtomobili aşıb, ölən var
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Cəmiyyət 12:33
Yağış yağacaq, yüksək dağlıq ərazilərə dolu düşəcək - Sabahın havası
Laçında yük maşını dərəyə aşıb
Cəmiyyət 10:49
Laçında yük maşını dərəyə aşıb
Faktiki hava açıqlanıb
Cəmiyyət 10:32
Faktiki hava açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol