Bakıda 35 yaşlı kişi bıçaqlandı

Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Publika.az xəbər verir ki, rayonun Binə qəsəbəsi, Südçülük sovxozu ərazisində 1985-ci il təvəllüdlü Xalid Qurbanov naməlum şəxslə mübahisə edib.
Yaralı 3 nömrəli Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı cinayət işi başlanıb
www.anews.az