• $ 1.7
  • € 1.7647
  • ₽ 1.7571
  • ₺ 0.0472
  • £ 2.1127

Bakıda 4 marşrutun hərəkət sxemi dəyişdirilir

Bakıda 4 marşrutun hərəkət sxemi dəyişdirilir
13.12.2024 16:16
Vətəndaşların rahat gediş-gəlişinin və ictimai nəqliyyata əlçatanlığının təmin edilməsi məqsədilə 15 dekabr tarixindən 4 sayda müntəzəm avtobus marşrutunun hərəkət sxemində dəyişiklik ediləcək.


Bu barədə  Rəqəmsal İnki.af və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb. 


Məlumata deyilir ki, dəyişikliyə əsasən, 35 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun mərkəzinə, 44 nömrəli avtobusların hərəkəti Suraxanı rayonunun Elxan Həsənov küçəsinə, 88A nömrəli avtobusların hərəkəti "Bakı Ağ Şəhər"in Mərkəzi Bulvar küçəsinə, 120E nömrəli avtobusların hərəkəti isə Afiyəddin Cəlilov küçəsindən keçməklə təşkil edilib.


Eyni zamanda, sərnişin tələbatına uyğun olaraq yeni marşrutların yaradılması istiqamətində də təhlillər aparılıb. Vətəndaşların çoxsaylı müraciətləri nəzərə alınaraq, 20 nömrəli müntəzəm avtobus marşrutu fəaliyyətə başlayacaq. Yeni marşrut xətti Qaraçuxur və Yeni Günəşli qəsəbələri, Mərkəzi Bank və Azərbaycan Tibb Universitetini əlaqələndirəcək.


Qeyd edək ki, Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqi davam etdirilir. Paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə AYNA tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyatdan rahat istifadə etməsi üçün yeni marşrut şəbəkəsi hazırlanıb və data əsaslı analitik alət olan Bakının "Rəqəmsal əkizi” vasitəsilə simulyasiya edilib. Simulyasiya nəticəsində yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyən edilib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Cəmiyyət 21:05
Ruben Vardanyanın təqsirləndirildiyi cinayət işinin məhkəmə baxışı davam etdirilib
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Cəmiyyət 19:47
Şamаxıda qadın dəm qazından zəhərlənərək ölüb
Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var
Cəmiyyət 19:00
Ağcabədidə iki avtomobil toqquşub,xəsarət alanlar var
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Cəmiyyət 18:43
Gəncədə qanunsuz tikintinin qarşısı alınıb
Naxçıvanda hərbi sursatlar aşkar edilib
Cəmiyyət 17:41
Naxçıvanda hərbi sursatlar aşkar edilib
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Bakıda E2 marşrut xəttinin nömrəsi dəyişdirilib
Cəmiyyət 14:43
Bakıda E2 marşrut xəttinin nömrəsi dəyişdirilib
Qaluzin sülh müqaviləsindən danışıb
Cəmiyyət 14:35
Qaluzin sülh müqaviləsindən danışıb
Son iki ildə imtahandan keçməyən neçə müəllim vəzifəsindən uzaqlaşdırılıb?
Cəmiyyət 14:08
Son iki ildə imtahandan keçməyən neçə müəllim vəzifəsindən uzaqlaşdırılıb?
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol