• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021329
  • ₺ 0.0436
  • £ 2.2869

"Ağ çiçəyim” mağazasındakı yanğından sonrakı görüntüləri- Yenilənib/Video

17.05.2024 09:37
Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında baş verən yanğından sonrakı görüntüləri sosial şəbəkələrdə yayılıb.

Görüntünü təqdim edirik:
 
 
 
 

16 may 09:10
Bakıda yanğına görə bağlanan yollar açılıb.

Bu barədə  Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Qeyd olunub ki, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın səbəbindən Mirəsədulla Mirqasimov küçəsi və metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.
 
 
 02:47
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən tam söndürülüb.Bu barədə FHN məlumat yayıb.

 00:47

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada baş vermiş yanğın məhdudlaşdırılıb.Bu barədə FHN məlumat yayıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
 
 23:59

Yanğın səbəbindən metronun "28 May" stansiyası istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub.Bu barədə NİİM-dən bildirilib.

Sürücülərdən alternativ yol olaraq Səməd Vurğun və Ceyhun Hacıbəyli kücələrindən istifadə etmələri tövsiyə olunur.
  
***

APA xəbər verir ki, hadisə Azadlıq prospektindəki "Ağ çiçəyim" gül mağazasında qeydə alınıb.

Əraziyə FHN-in canlı qüvvəsi və texnikası cəlb edilib.

Hazırda yanğının söndürlülməsi istiqamətində işlər həyata keçirilir.

 23:42

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar xəttinə Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospektində yerləşən mağazada yanğın olması barədə ilkin məlumat daxil olub.Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, yanğınla əlaqədar əraziyə polis əməkdaşları cəlb edilib. Təhlükəsizlik tədbirləri görülür.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah pensiyalar artımla birgə veriləcək
Cəmiyyət 14:49
Sabah pensiyalar artımla birgə veriləcək
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Cəmiyyət 13:37
Elektron siqaretlər təhlükəlidir! - Birgə məlumat
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Cəmiyyət 12:21
Əfv Komissiyasının iclasları başlayır - Yenilənib
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Cəmiyyət 09:49
Hərbi hissələrdə görüşə müvəqqəti məhdudiyyət qoyulub
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Cəmiyyət 20:12
Prezident və xanımı yeni yaradılan parkın açılışında iştirak edib
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 13:19
Qarabağ Universitetinin klinikası yaradılıb - Fərman
Cəmiyyət 10:13
"Ali təhsil haqqında" qanun hazırda müzakirə predmeti deyil - Nazir
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq -  nazir
Cəmiyyət 15:41
Qarabağ universitetində tibb fakültəsi yaradılacaq - nazir
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Cəmiyyət 15:17
Bu il ilk dəfə hansı fənn müəllimləri imtahan verəcək? - Siyahı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol