Bakıda avtobuslarda dezinfeksiyaedici məhlul yerləşdirilib - FOTOLAR

10:01 | 21.03.2020
Bakıda avtobuslarda dezinfeksiyaedici məhlul yerləşdirilib - FOTOLAR

Bakıda avtobuslarda dezinfeksiyaedici məhlul yerləşdirilib - FOTOLAR

Bakı Nəqliyyat Agentliyinin tövsiyəsi əsasında müntəzəm marşrutlar üzrə istismar olunan avtobuslarda sərnişinlərin istifadəsi üçün dezinfeksiyaedici məhlul yerləşdirilib.

Anews.az bu barədə quruma istinadən xəbər verir ki, istismarda olan avtobuslarda qeyd olunan avadanlığın (dezinfeksiyaedici məhlul) yerləşdirilməsi və avtobusların təmizliyinin nəzarətdə saxlanması ilə bağlı monitorinq keçirilib və aşkarlanan çatışmazlığın aradan qaldırılması barədə daşıyıcı şirkətlərə xəbərdarlıq edilib.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində müntəzəm marşrutlar üzrə istismar edilən avtobuslarda dezinfeksiya tədbirləri davam etdirilir. Gecə saatlarında aparılan proses BNA-nın mobil qrupları tərəfindən nəzarətdə saxlanılır.



www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb