Bakının Suraxanı rayonunda yerləşən bazarlardan birində kütləvi dava baş verib.
Anews.az Report-a istinadən xəbər verir ki, bazarda satıcı işləyən 1987-ci il təvəllüdlü Məmmədov Şahin Haqverdi oğlu 3 nəfərlə mübahisə edib.
Mübahisə əlbəyaxa dava ilə nəticələnib. Dava zamanı Ş.Məmmədov baş, boyun, ayaq və bədən nahiyələrindən 7 bıçaq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !