Bakı şəhərində binanın üzlüyü sökülərkən bədbəxt hadisə baş verib.
APA-nın məlumatına görə, hadisə paytaxtın Binəqədi rayon ərazisində, Atatürk prospekti 56 ünvanında qeydə alınıb. Binanın üzlüyü sökülərkən həyətdən keçən Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü Kamil İlyas oğlu Nəhmədovun başına dəmir parçası düşüb. Nəticədə o, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !