Bakıda bir şirkətin 98 əməkdaşında koronavirus aşakarlandı

18:18 | 22.05.2020
"Bakıda "Baku Steel Company” şirkətində 86 nəfərdə, şirkətin Sumqayıt filialında isə 12 nəfərdə yeni növ koronavirus (COVID-19) infeksiyası aşkar olunub”.

Anews.az APA-ya istinadən məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O bildirib ki, şirkətdə epidemik vəziyyəti stabilləşdirmək mümkün olub.
"İş yerlərində epidemik tələblərə riayət etmək lazımdır”, - deyə R. Bayramlı vurğulayıb.



www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM

Xəbər lenti