Bakıda bu avtomobillərə sahib çıxan yoxdur - FOTOLAR

12:57 | 14.10.2016
Bakıda bu avtomobillərə sahib çıxan yoxdur - FOTOLAR

Bakıda bu avtomobillərə sahib çıxan yoxdur - FOTOLAR

10 ildir fəaliyyət göstərən 5 nömrəli Siqnal-Cərimə meydançası artıq avtomobil qəbul etməyə yer tapmır.
 
ANN.AZ "Qafqazinfo”ya istinadən xəbər verir ki, cərimə meydançasının ən "qocaman sakini” isə elə onun yaşı qədər olan 36 DM 6741 nömrə nişanlı yük maşınıdır.

Meydançada 700-dən çox avtomobil var. Dayanacaq pulunun 1 gün üçün 1 manatdan hesablandığını nəzərə alsaq, "tır” sahibi təkcə avtomobili buradan götürmək üçün 3650 manat rüsum ödəməlidir. Amma Dövlət Yol Polisi bu məbləğdən də imtina edir.
 

 
Məlum olub ki, meydançada illərlə qalan avtomobillər var və əksəriyyəti də bankların girovundadır. Belə ki, vətəndaş kredit borcunu ödəyə bilmədikdə, bank bu barədə dövlət yol polisinə məlumat verir. Yol polisi də avtomobili saxlayıb bura gətirir.

Banklar da gəlib avtomobilərə yiyə durmur. Bunun səbəbini isə meydançaya nəzarət edən Elçin Feyziyev belə izah etdi: 



"Bank əməkdaşları baxıb görürlər ki, avtomobil yararsız vəziyyətdədir. Deyirlər ki, onların da işinə yaramır. Ona görə də avtomobilər burada qalır. Əgər avtomobil yiyəsi nəsə deməsə, biz o avtomobilin buradan aparılması ilə bağlı qərar qəbul edə bilmərik. Bu günlərdə "VAZ 2107”-in sürücüsünü tapıb gətirdik, deyir ki, avtomobili metalloma versə, heç 100 manat da etmir. Baxıb çıxıb getdi, götürmədi. Bu avtomobilər ancaq yer zəbt edir. Heç kim də avtomobilinin dalınca gəlmir. Artıq 3 aydan çoxdur ki, avtomobil qəbul edə bilmirik. Dayanacaq pulu ilə bağlı nəzərdə tutulan rüsumda da güzəşt edirik. Heç 1 qəpik pul da istəmirik”.

 

Cərimə meydançasında müxtəlif markalı avtomobilər var. Onlar arasında KİA, "Hyundai”, "Mercedes”, BMW, "Lexus” markalı avtomobillər xüsusi diqqət cəlb edir. 10 GP 444, 10 TF 058, 10 XF 098, 90 RF 949, 10 OV 159 nömrə nişanlı avtomobillər də sahibsiz qalanlar sırasındadır.

Qeyd edək ki, cərimə meydançasına həm də qəza hadisələri zamanı yararsız vəziyyətə düşən avtomobillər gətirilir. Buna görə də meydançada sahibsiz avtomobillərin sayı ikiqat artır.
 

 
Reportaj zamanı qəzaya düşmüş 90 AA 669 nömrə nişanlı avtomobil də diqqətimizdən yayınmadı. Məlum oldu ki, avtomobil 6 ay bundan əvvəl gecə saatlarında meydançaya gətirilib. Avtomobilin təmir xərci az qala onun qiymətinin yarısına bərabərdir. Ona görə də sahibi gəlib götürmür.
 
 
 
 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM