Bakıda bu binalar nəzarətə götürüldü

10:25 | 22.05.2015
Bakıda bu binalar nəzarətə götürüldü

Bakıda bu binalar nəzarətə götürüldü

Binəqədi rayonu Azadlıq prospekti 200/36 ünvanında çoxmərtəbəli yaşayış binasındakı yanğın hadisəsindən sonrda Bakıda penoplast örtüklü binalar artıq nəzarətə götürülüb. Yaşayış binaları mühafizə olunur.

ANS TV-nin məlumatına görə, artıq paytaxtın bir sıra prospekt və küçələrində penoplast örtüklü binalar nəzarətə götürülüb. Səhər saatlarından etibarən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin və hüquq-mühafizə orqanlarını əməkdaşları əraziyə cəlb edilib.

Paytaxtın Binəqədi rayonunda baş vermiş yanğından sonra penoplast fasadlı binalar nəzarətə götürülüb. Paytaxtda yerləşən 140 bina bu cür materialla fasadlandığından həmin ərazilər güc strkuturları tərəfindən mühafizə edilir.

Yasamal rayonu Mikayıl Müşviq küçəsidə iki bina yanmaya meylli materialla üzləndiyindən əraziyə FHN-nin 4 yanğından mühaizə xidməti və bir polis əməkdaşı cəlb olunmuşdu. 

Canlı qüvvədən başqa əraziyə texnika da gətirilmişdi. Əraziyə cəlb olunan əməkdaşlar binanın fasad hissələrinə nərazət edir. Bundan əlavə olaraq ehtiyac yarandığı təqdirdə sakinlərə xəbardarlıq da edirlər. 

Növbəti üz tutduğumuz məkan Mətbuat prospekti oldu. Burda yerləşən 13 binanın hər birinin mühafizə polisi və FHN əməkdaşları tərəfindən nəzarətə götürüldüyünü gördük. Bununla bağlı qərar ötən gün prezidentin keçirdiyi müşavirədə qəbul olunub.

"Ölkədə isə bu qəbildən olan 263 bina var. Əgər icazəniz olarsa, biz 263 binadakı üzlüklər sökülənə qədər orada nəzarəti təmin edə, əraziyə yanğınsöndürən maşınlar da yerləşdirə bilərik. Bu yolla biz sizin (İlham Əliyevin) tapşırığınızı qısa bir müddət ərzində icra edə bilərik", - deyə fövqəladə hallar naziri Kəmaləddin Heydərov bildirib.

Binaların nəzarətə götürülməsi ilə yanaşı, həm də onların üzlənməsində istifadə olunan materiallar laboratoriyalarda yoxlamadan keçiriləcək. Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, həmin materiallar 3 meyara cavab verərsə saxlanılacaq. Əks halda isə penoplast bina üzlükləri söküləcək.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM