Bakıda çoxmərtəbəli binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var

18:47 | 23.06.2024
Bakıda çoxmərtəbəli binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var

Bakıda çoxmərtəbəli binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var


Bakıda çoxmərtəbəli yaşayış binalarının birində liftin trosu qırılıb, xəsarət alanlar var.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) "Report"a bildirilib ki, 23.06.2024-cü il tarixində saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbilə çağırış daxil olub.

Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb.

Xəsarət alanlar Təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar.
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb