Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

10:18 | 15.08.2015
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın

Fövqəladə Hallar Nazirliyi (FHN) Bakıda hündürmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı rəsmi məlumat yayıb.

ANN.Az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakı şəhəri, Nərimanov rayonunda çoxmərtəbəli yaşayış binasının 12-ci mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan 4 otaqlı mənzilin 3 otağı, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 135 kv.m sahədə yanıb.

Yanğın zamanı yuxarı mərtəbələrdən 10 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 19:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür