Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib

18:04 | 26.09.2024
Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib

Bakıda daha bir yeraltı parklanma məntəqəsi istifadəyə verilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) daha bir yeraltı parklanma məntəqəsini istifadəyə verib.Bu barədə AYNA-dan bildirilib.
 
Paytaxtın Nərimanov rayonu, Koroğlu Rəhimov küçəsinin Həsən Əliyev və Fətəli xan Xoyski küçələri ilə kəsişməsində yerləşən parkın yeraltı dayanacığında avtomobillərin parklanması üçün müvafiq infrastruktur qurulub.

Ətrafında bir neçə tibb, təhsil, maliyyə və iaşə obyektlərinin olduğu yeraltı dayanacaq 376 avtomobil yerlikdir. Parklanma məntəqəsinin birinci mərtəbəsində 181, ikinci mərtəbəsində isə 195 yer mövcuddur.
İkimərtəbəli dayanacaq təhlükəsiz kameraları ilə təchiz edilib, giriş-çıxışlarda nömrətanıma sistemi tətbiq olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

Bu gün Azərbaycanda "Anım Günü"dür