Bakıda dövlətə xəyanətdə ittiham olunanların məhkəməsi başlayır

14:49 | 27.03.2024
Bakıda dövlətə xəyanətdə ittiham olunanların  məhkəməsi başlayır

Bakıda dövlətə xəyanətdə ittiham olunanların məhkəməsi başlayır

Dövlətə xəyanətdə təqsirləndirilən 44 yaşlı Rəşad Əhmədov və 33 yaşlı Rövşən Əmirovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb və  cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim Cavid Hüseynovun rəhbərliyi ilə məhkəmənin hazırlıq iclası martın 28-nə təyin edilib.

2023-cü ilin mayında Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən dövlətə xəyanətdə və Azərbaycanda terror və təxribat xarakterli aksiyalar planlaşdırmaqda şübhəli bilinən 1980-ci il təvəllüdlü Rəşad Əhməd oğlu Əhmədov saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunduğu məlum olub. Əhmədov üçüncü ölkədə yaşayıb və Ermənistan xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirib. 
 
Əhmədov 1991-ci il təvəllüdlü Rövşən Əmirov və ona tapşırılmış göstəriş əsasında cəlb etdiyi digər şəxslərlə əlbir olaraq Azərbaycanda etnik və dini zəmində nifrətin qızışdırılmasına, dağıdılmasına açıq çağırışlardan ibarət videomateriallar hazırlayıblar. Bu videoçarxlar Ermənistanın xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və onların nəzarəti altında "Youtube” kanallarında və digər sosial şəbəkələrdə Azərbaycan dilində yayılıb.

Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında olan Rəşad Əhmədov etnik separatizm məqsədilə Azərbaycan Respublikası ərazilərinin fraqmentləşdirilmiş təsvirləri olan 200 saxta xəritənin Azərbaycan vətəndaşları arasında yayılmasını təşkil edib. 

Bundan başqa, Əhmədov Azərbaycan vətəndaşlarının etnik və dini zəmində iddia edilən iğtişaşlar törətmək niyyətini nümayiş etdirmək məqsədilə Azərbaycan ərazisində partlayışlar, yanğınlar və digər ictimai təhlükəli nəticələrlə müşayiət olunan aksiyalar planlaşdırıb.

Əhmədovun barəsində həbs qətimkan tədbiri seçilib. O, Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 28, 214.1-ci (terrorçuluğa hazırlıq) və 281.3-cü (xarici təşkilatlar və onların nümayəndələri adından dövlət əleyhinə fəaliyyətə açıq çağırışlar) ilə cinayət məsuliyyətinə cəlb edilib.
 
Rövşən Əmirov - Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 281.3-cü (xarici təşkilatlar və onların nümayəndələri adından dövlət əleyhinə fəaliyyətə açıq çağırışlar) ilə ittiham olunur. 
 
N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb