• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

Bakıda evlərin qiymətləri ucuzlaşır

Bakıda evlərin qiymətləri ucuzlaşır
28.05.2020 22:48
Son aylarda əmlak bazarında baş verən proseslər satışa çıxarılan mənzillərin sayına təsir göstərir.

ANS PRESS-in məlumatına görə, bu ilin aprel ayında 1726, mayda isə 1564 ev satışa çıxarılıb.

Ev alqı-satqı məntəqələrindən əldə olunan rəqəmlərə əsasən, Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55.3 faizə çatıb. Bazarın bu seqmenti üzrə təklif edilən mənzillərin əksər hissəsi 1500 $/kv.m qiymətindən aşağı olan ucuz mənzillərdir. Bazardakı bahalı mənzillər, yəni hər kvadratmetrinin dəyəri 2000 $/kv.m-dən çox olan mənzillərin bazardakı payı isə 17.8 faiz təşkil edir. Bahalı mənzillərdə qeydə alınan orta bazar qiyməti isə 2348 $/kv.m olub.

Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 1, 3 və 5-otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5-otaqlılar üzrə qeydə alınıb. 2 və 4- otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub.

Ötən ay əksər layihələrdə nisbi qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması köhnə "Xruşşovka"larda qeydə alınıb - 7.45 faiz.

Aktivlik əmsalına görə apreldə ən cəlbedici rayonlar Xətai, Yasamal və Nərimanov rayonları olub.

www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
12:32
Manatın devalvasiyası barədə şayiələrin əsası varmı?
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
12:27
Nazirlikdən broyler toyuqları ilə bağlı AÇIQLAMA
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
12:01
Bakıda kirayə evlərin qiyməti artıb - Ekspert
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
11:31
“Qazprombank” SOCAR-a 490 mln. dollarlıq investisiya krediti ayırdı
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
11:23
Ən az təminatlı vətəndaşlarımız da mənzil sahibi olacaq – Fikrət Yusifov
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
11:21
Azərbaycanda dollar bahalaşdı - Məzənnə
Azərbaycanda dollar ucuzlaşdı
11:14
Azərbaycanda dollar ucuzlaşdı
Banklardan vətəndaşları sevindirəcək yenilik
10:58
Banklardan vətəndaşları sevindirəcək yenilik
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
10:48
Sürücülərin nəzərinə: bu yolda hərəkət dayandırıldı
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol