Bakıda gənc başından güllələnərək qətlə yetirilib - YENİLƏNİB

21:57 | 26.06.2024
Bakıda gənc başından güllələnərək qətlə yetirilib - YENİLƏNİB

Bakıda gənc başından güllələnərək qətlə yetirilib - YENİLƏNİB

İyunun 26-da paytaxtın Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Kosayev Tural Kamil oğlunun odlu silahla qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2005-ci il təvəllüdlü Allahverdiyev İsmayıl İbrahim oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

21:37

Bakının mərkəzində gənc başından güllələnərək qətlə yetirilib.Bu barədə DİN-in Mətbuat Xidmətindən məlumat verilib.

Hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Bir nəfər kişi odlu silahdan açılan atəşlə qətlə yetirilib. Hadisədə şübhəli bilinən şəxs saxlanılıb.

İlkin məlumata görə, hadisənin baş verməsinə səbəb tərəflər arasındakı mübahisə olub. Mübahisədən sonra gənclərdən biri digərini güllələyib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM