Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək öldü

12:09 | 25.05.2020
Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək öldü

Bakıda gənc kuryer motosikleti ilə qəzaya düşərək öldü

Bakıda gənc oğlan yol qəzasında vəfat edib.


Anews.az-ın məlumatına görə, hadisə ötən həftə baş verib. Yerli restoranların birində kuryer işləyən gənc oğlan öz motosikleti ilə qəzaya düşüb, aldığı xəsarətlərdən sonra ölüb.


Gəncin yaxınlarının sözlərinə görə, o, restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş gecikdiyi zaman həmin kuryerin maaşından cərimə tutulur. Dünyasını dəyişən gəncin ölümünə səbəb də, sifarişi tez çatdırmaq üçün motosikleti sürətlə sürməsi olub.
 
Oxşar hadisə ilə bağlı facebook-da "Müştəriyəm şikayətim var" adlı qrupunda şikayət paylaşılmışdı:
" "Dominos Pizza Azerbaijan" şirkətinin "30 dəqiqəyə çatdırılma" kampaniyası kuryerlərin həyatı bahasına başa gəlir. Kuryerlər şirkətin qoyduğu vaxt limitinə görə sürət həddini keçməyə məcbur qalırlar"





                                                                                                                                         


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb