Bakıda gərgin gecə

09:40 | 25.04.2017
Bakıda gərgin gecə

Bakıda gərgin gecə

Yasamal rayonu, Hüseyn Cavid prospektində bu gecə gərgin anlar yaşanıb. İstiPress "Müsavat"a istinadən xəbər verir ki, adıçəkilən ünvanda bir müddətdir ki, söküntü işləri ilə bağlı danışıqlar gedirmiş, amma sakinlər onlara təklif edilən qiymətlə razılaşmayıblar. Buna baxmayaraq, bu gün, axşam saatlarında iş maşınları əraziyə gələrək, binaları sökməyə cəhd ediblər. 
 


Bu zaman sakinlərlə söküntü işlərini aparanlar arasında qarşıdurma yaşanıb. Sakinlərin verdiyi məlumata görə, ərazini almaq istəyən "Olympus Park" yaşayış kompleksinin sahibidir. Həmin şəxs sakinlərin evi üçün ödənişi etmədən evləri sökmək istəyir.


Əldə etdiyimiz məlumata görə, söküntü işlərini aparmağa gələn şəxslər həm sakinlərə, həm də çəkiliş aparmaq üçün əraziyə gələn jurnalistlərə daş atırlar və fiziki güc tətbiq edirlər.

Son dəqiqə aldığımız məlumata görə, artıq evlərdən biri tamamilə uçurulub. Mənzildən ev sahibləri heç bir əşyalarını çıxara bilməyiblər. Söküntü isə davam edir.








  

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM