Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Nərimanov rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadovun oğlu Elmir İbadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın xəbərinə görə, məhkəmənin hökmü ilə E. İbadov 5 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi haqqında qərar qəbul edilib.
Qeyd edək ki, Elmir İbadov bu il avqustun 22-də idarə etdiyi "Range Rover" markalı avtomobillə yaşlı qadını vurub və qadın ölüb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !