Bakıda İkinci Şopinq Festivalı keçiriləcək

13:00 | 12.10.2017
Bakıda İkinci Şopinq Festivalı keçiriləcək

Bakıda İkinci Şopinq Festivalı keçiriləcək

Oktyabrın 15-də Bakıda İkinci Şopinq Festivalı öz işinə başlayacaq.

Anews.az xəbər verir ki bunu mədəniyyət və turizm naziri Əbülfəz Qarayev deyib. O bildirib ki, bu festival birincidən fərqlənir: Bu, həm mövsüm, həm də iştirakçıların sayı baxımından fərqlənir.

Festivala 578  ticarət obyekti qoşulacaq. Bu mağazalar və xidmət mərkəzlərinin böyük əksəriyyəti ƏDV qaytarılması sisteminə qoşulmaqla, turistlər və yerli alıcılar üçün böyük fürsətlər təqdim edəcəklər.

Nazir qeyd edib ki, festivalın məqsədi işgüzar dövrdə də ölkəyə turist cəlb etməkdir.

Budəfəki Şopinq Festivalında ƏDV-nin qaytarılması sisteminə 10 bank da qoşulub.

Mədəniyyət və turizm naziri Ə.Qarayev bildirib ki, birinci festivalla müqayisədə ikinci festivalda iştirakçıların sayı üç dəfə artıb.
  


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM