Bakıdakı İsrail səfirliyinin əməkdaşları təxliyə edilibmi? - Açıqlama

16:56 | 03.04.2024
Bakıdakı İsrail səfirliyinin əməkdaşları təxliyə edilibmi? - Açıqlama

Bakıdakı İsrail səfirliyinin əməkdaşları təxliyə edilibmi? - Açıqlama

Erməniəsillli iranşünast Vardan Voskanyan İranın yaxın 48 saatda İsrailin İranın Dəməşqdəki konsulluğuna hava hücumuna cavab olaraq hibrid cəza əməliyyatına başlayacağını deyib.  Bu barədə o teleqram kanalında paylaşım edib. 

O bildirib ki, İsrailin İranın mümkün hücumları təhlükəsini nəzərə alaraq Bakı və Əbu-Dabidəki səfirliklərinin əməkdaşlarını təxliyə edilib.
 
Anews.az-ın əldə etdiyi məlumata görə Bakıda yerləşən İsrail səfirliyi hər zamankı qaydada işini davam etdirir.  
 
Aprelin 1-i İsrail Suriyanın paytaxtı Dəməşq şəhərinə ağır aviazərbələr endirib.
 
Suriya paytaxtının Mezze bölgəsinə endirilən hava zərbəsi nəticəsində İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Suriya və Livan qüvvələrinin generalı və komandanı Məhəmməd Rza Zahedi ölüb.

"Al Hadath" kanalının məlumatına görə, İsrail Hərbi Hava Qüvvələri İranın Dəməşqdəki səfirliyini hədəfə alıb. Zərbələr zamanı azı 8 nəfər həlak olub.
 
Suriyanın dövlət xəbər agentliyi isə bildirir ki, İran səfirliyinin binası tamamilə dağılıb. Zərbə zamanı binada olanların hamısı həlak olub.
 
Məlumata görə, İran səfiri xəsarət almayıb.
 
Aygün Mirakif
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM