Bakıda İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirildi

15:13 | 04.12.2016
Bakıda İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirildi

Bakıda İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirildi

Bu gün Bakıda Beynəlxalq Muğam Mərkəzində İsrail və Azərbaycan musiqiçilərinin konserti keçirilib.

Trend-in xəbərinə görə, konsertdə diplomatik korpusun nümayəndələri, deputatlar, mədəniyyət və ictimaiyyət təmsilçiləri iştirak ediblər.

Qonaqları salamlayan İsrailin ölkəmizdəki səfiri Dan Stav bildirib ki, iki ölkənin musiqiçilərinin iştirakı ilə "Dostluq və sülh naminə” şüarı altında keçirilən konsert çox vacib mədəniyyət hadisəsidir.

Səfir konsertin tamaşaçıların yaddaşında dərin izlər buraxacağına ümidvar olduğunu bildirib.

Diplomat vurğulayıb ki, musiqi insanlar arasındakı ünsiyyətin vacib bir növüdür.

"Bu gün bizim qonağımız olan Şem Tev Levinin musiqisi sizə gözəl istirahət bəxş edəcək. Konsertin təşkilatçılığına görə Beynəlxalq Muğam Mərkəzinə, Mədəniyyət və Turizm Nazirliyinə təşəkkürümü bildirirəm”, - deyə səfir qeyd edib.

Konsertdə İsrail musiqiləri ilə yanaşı, "Əsmərim”, "Sən gəlməz oldun”, "Gəl maralım”, "Atəşim var, külüm yox” və digər Azərbaycan mahnıları səslənib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM