Bakıda köhnə mənzillər ucuzlaşdı - CƏDVƏL

14:59 | 08.06.2015
Bakıda köhnə mənzillər ucuzlaşdı - CƏDVƏL

Bakıda köhnə mənzillər ucuzlaşdı - CƏDVƏL

2015-ci ilin may ayında təkrar yaşayış mənzil bazarında satışa təklif olunan yaşayış mənzillərinin hesablanmış orta təklif qiyməti 1689 $/кv.m-dən -3.49% azalaraq 1630 $/кv.m-ə qədər, milli valyuta ilə isə ay ərzində 1770 AZN/кv.m-dən -3.47% azalaraq 1709 AZN/кv.m bəndində qərarlaşıb. 

Bu barədə Oxu.Az-a "MBA Consulting Group" konsaltinq şirkətinin direktoru Nüsrət İbrahimov bildirib. 

N.İbrahimov bildirir ki, təkrar yaşayış mənzil bazarında qeyd olunan qiymət azalmasını aprel ayında olduğu kimi may ayında da alıcılıq qabiliyyətinin zəifləməsi ilə əlaqələndirmək olar:

"May ayında bazarın bu seqmenti üzrə təklif həcmi -9.4% azalıb. Aprel ayında ümumi təkliflərin sayı 1726 olduğu halda, bu rəqəm may ayında 1564 təşkil edib.

Təkrar mənzil bazarında qeydə alınan ümumi təkliflərin sayı ötən ilin müvafiq ayı ilə müqayisədə isə -25.0% azalıb. Nəsimi, Nərimanov və Yasamal rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib və onların ümumi payı 55.3 %-ə bərabər olub".

Şirkətin direktoru qeyd edir ki, bazarın bu seqmenti üzrə 5 otaqlı mənzillərə təklif azalıb:

"Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə 1, 3 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çox azalma 5 otaqlılar üzrə qeydə alınıb.

2 və 4 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Təkliflə yanaşı otaqlar üzrə qiymət azalması 2 otaqlı mənzillərdən başqa digər müxtəlif otaqlı mənzillərdə baş verib"-deyə, N. İbrahimov deyib. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti