• $ 1.7
  • € 1.9741
  • ₽ 0.021739
  • ₺ 0.0429
  • £ 2.3146

Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır

Bakıda koronavirus həyəcanı: Apteklər bu məhsuldan adama bir dənə satır
17.02.2020 11:41
Azərbaycanın Nazirlər Kabineti yeni koronavirus (2019-nCoV) xəstəliyinin dünyada geniş yayılması ilə əlaqədar "Bəzi tibbi ləvazimat və preparatların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərar verib.

BAKU.WS xəbər verir ki, qərarda ölkə ərazisindən müxtəlif yollarla bəzi tibbi ləvazimat və preparatların (steril əlcək, baxil, qoruyucu kombinezon, tibbi maska və eynəklər, dezinfeksiyaedici maddə və avadanlıqlar, xüsusi geyimlər və zəruri olan digər tibbi ləvazimat və preparatlar) kütləvi şəkildə aparılmasının məhdudlaşdırılması öz əksini tapıb.

Mövcud qərar ölkədə bəzi tibbi ləvazimat və preparatlarla bağlı qıtlığın yaranamamsına xidmət etsə də, vətəndaşlar arasında müəyyən narazılıqlar ayardıb. Belə ki, paytaxt sakinləri üz tutduqları apteklərdə tibbi maskaları almaq istəyərkən birdən ala bilməyib. Dəyəri 0,10 AZN olan tibbi masakalar bəzi apteklərdə vətəndaşlara tək-tək satılıb. Bir neçə maska almaq istəyən şəxslərin istəyi isə ürəyində qalıb.

Yaranmış vəziyyətdə apteklərin tətbiq etdiyi bu məhdudlaşdırmanın nə qədər doğur olub-olmamasını aydınlaşdırmaq üçün tibbi ekspertə müraciət etdik. Tibb elmləri doktoru Adil Qeybulla BAKU.WS-ə bildirib ki, müəyyən tibbi ləvazimatların defisit halına düşməsi və onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulması təbii haldır: "Əslində apteklər müstəqildir. Apteklər Səhiyyə Nazirliyinin müəyyən etdiyi qanunvericilik əsasında fəaliyyət göstərməlidirlər.

Əgər həmin əsasnamədən kənara çıxılırsa, təbii qaydalar pozulur. O ki qaldı müəyyən tibbi ləvazimatların defisit halına düşməsi, onun ölkədən çıxarılmasına məhdudiyyət qoyulmasına, bu, təbii haldır. Hökumətin bu məsələlərdə məcburi addımlar atmaq ixtiyarı var. Belə hallarda Ümumdünya Səhiyyə Təşkilatı məsələlərə qoşulur və karantin tədbirləri görür. Əslində hər hansı epidemiyaya meyilli infeksiya lokallaşmayıbsa, karantin tədbirlərionin aradan qaldırılmasından danışmaq olmaz. Bu cür məhdudiyyətlərin tətbiq edilməsi tədbirlərin tərkib hissəsi hesab edilə bilər”.

Tibbi ekspert hesab edir ki, bu məsələnin tənzimlənməsində hər hansı problemlər ola bilər: "Mümkündür ki, apteklər bəzi qaydaları pozsun, amma dövlətin müvafiq strukturlarının bu məsələlərə müdaxiləsi və ya məhdudlaşdırmalar tətbiq etməsi karantin tədbirlərinin tərkibn hissəsidir. Dünyanın əksər ölkələrində icbari tibbi sığorta paketində apteklərdə sərbəst satış üçün ayrılan istər dərmanlar, istərsə də digər tibbi ləvazimatların konkret uçota düşən reysteri var.

Təəssüflər olsun ki, Azərbaycanda hələ də dərman vasitələrinin dövlət reysteri və formaskapeyası yoxdur. Ona görə, bu tənzimləmədən danışmaq tezdir. O ki, qaldı apteklərə, konkret olaraq məhdudiyyət qoyulan tibbi vasitələrin əmtəə şəklində və iri miqdarda satılmasına müəyyən məhdudiyyətlər qoyula bilər. Karantin dövründə apteklər özləri də dövlət müvafiq strukturlarının qərarlarına tabe olurlar”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bələdiyyələr özünü idarə etmir,  idarə olunur - ekspert ARAŞDIRMA
Cəmiyyət 08:36
Bələdiyyələr özünü idarə etmir, idarə olunur - ekspert ARAŞDIRMA
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Cəmiyyət 12:33
Müxalifət partiyaları bələdiyyə seçkilərində iştirak edəcəkmi?
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Cəmiyyət 12:03
Azərbaycan Cənubi Qafqazda IQ səviyyəsinə görə sonuncu yerdədir
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
Cəmiyyət 16:21
Rüfət Səfərovun həbsinin ailəsi ilə əlaqəsi yoxdur - Hüquq müdafiəçisinin anası
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
Cəmiyyət 18:24
“Tərtər işi” üzrə təqsirləndirilənlərin cəzası azaldılıb
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
Cəmiyyət 14:28
PMI gəlirinin 38%-ni tüstüsüz məhsullardan əldə edir
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Cəmiyyət 20:46
“Exit poll” nəticələri açıqlayıb - SİYAHI
Seçkilərə gedən
Cəmiyyət 16:47
Seçkilərə gedən "Musavat" partiyasının qazandıqları - MÜSAHİBƏ/VIDEO
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Cəmiyyət 14:28
Azərbaycanın su resursları əsrin sonuna 40-50 % azala bilər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol