Bakıda Lala Ağayevanın fərdi sərgisi keçirildi – REPORTAJ

21:03 | 04.01.2016
Bakıda Lala Ağayevanın fərdi sərgisi keçirildi – REPORTAJ

Bakıda Lala Ağayevanın fərdi sərgisi keçirildi – REPORTAJ

Rüstəm Qasımov

Yenicə geridə qoyduğumuz köhnə il Azərbaycanda rəssamlıq sahəsində bir çox hadisələrlə yadda qaldı. İlin son günlərində Rəssamlar İttifaqının üzvü, istedadlı rəssam və "LACO” geyim brendinin yaradıcısı Lala Ağayevanın "Mənim yuxularım” adlı fərdi sərgisi keçirildi. Tədbir Bakının mərkəzində, "İçərişəhər”dəki "Atropat” mehmanxanasında baş tutdu. 

Lala Ağayeva bu dəfə Bakı publikasına "Adəm və Həvva” adlı seriyasından rəsmləri təqdim etmək qərarına gəlmişdi. ANN.Az-a ekskuliziv açıqlamasında Ağayeva növbəti dəfə rəsm deyil, geyim üzrə fərdi sərgisini keçirmək niyyətində olduğunu bildirdi: ""Mənim yuxularım” adlı fərdi sərgimdə mən paytaxt auditoriyasına mənim sevimli seriyalarımdan birini "Adəm və Həvva"nı nümayiş etdirirdim. Sərginin adı təsadüfən seçilməyib, rəsmlərimdəki süjetlər mənim ağlıma yuxudaykən gəlib. Fikiləşirəm ki, gələcəkdə paytaxt auditoriyasına mənim "LACO” brendimdən olan geyim işlərimi təqdim edim. Təşkilatçılara və bu gün məni dəstəkləməyə gələn dostlarıma minnətdarlığımı bildirirəm”. 

"Mənim yuxularım” sərgisi çox maraqlı və əyləncəli keçdi. Buna bir neçə faktor səbəb oldu. Birincisi, tədbirin sponsoru olan təşkilatçıların təqdim etdiyi hədiyyələr əsasında keçirilən oyun. İkinci səbəb isə canlı musiqi idi, həmin gecə Vlada Axundova, Xəyalə Manaflı, Rauf və Leyla Babayeva musiqiləriylə qonaqlara zövq verdilər. 

Ağayevanı təbrik etməyə çox sayda məşhur simalar gəlmişdi, modellər, dizaynerlər, televiziya aparıcıları, rəssamlar. Məsələn, Ceyhun Əli, Şəhriyar Əbilov, Ləman Əskərova, Ləman Hüseynli, Natalya İsm, Fidan Şıx-Zamanova, Turan Kərimbəyli, Emin Qərhrəmanov, Anar Hüseynzadə, Günel Ravilova, Könül İsmayılova, Vüqar Quliyev, Aydın Əskərov, Mamed Rəşidov, Ceyhun Abdullayev, Əli Şəmsi, Leyla Altunay, Alşən Qaraca və digərləri. 

Elmi, maarifçiliyi, mədəniyyət və təhsili təbliğ edən ANN.Az portalı paytaxtımızda baş tutan mədəniyyət hadisələrini diqqətdən kənarda qoymur, bu dəfə sizə Alalə Ağayevanın "Mənim Yuxularım” fərdi sərgisindən fotoları təqdim edirik. 

Fotolar «Phoenix Creative Agency» (Nizami Əlləzov) tərəfindən təqdim edilib. 

Xoş seyrlər:  
 








































www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM